İtkin düşənlərin hamısı Nepal komandasının üzvləri olub
Nepalın Nar Phu rayonundakı Himlung Himal dağında (7126 metr) baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb. Pis hava şəraiti helikopterlərin zirvəyə çatmasına mane olur və yerüstü xilasetmə işlərini qeyri-mümkün edir. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
İtkin düşənlərin hamısı Nepal komandasının üzvləri olub. Onlar düşərgəni xarici turistlərin gəlişi üçün hazırlamaq, marşrutu təmizləmək və ipləri bərkitmək üçün əvvəlcədən getmişdilər. Əcnəbilərin beş-altı gün ərzində gəlməsi gözlənilirdi.
Xilasetmə əməliyyatının başlaması hava şəraitinin yaxşılaşmasından asılıdır.