“Azeri Light” nefti 72,67 dollara satılır
Dünya birjalarında neft qiymətləri bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 72,72 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 69,34 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,86 dollar azalaraq 72,67 dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.