Neftimiz bahalanıb

İqtisadiyyat

12.09.2026 - 13:14

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 dollar və ya 0,4% artaraq 120,02 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 119,54 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş