Neftçalada çətənə kolları aşkarlanıb

Xəbərlər

10.08.2021 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

Polis “Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış həyata keçirib

 

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat  Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan Aşağı Qaramanlı kənd sakini Ərziman Fərəcov saxlanılıb.

 

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 48 ədəd çətənə kolu aşkar edilib.

 

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş