Nazirlik mindən çox mənzili satışa çıxaracaq

Xəbərlər

25.03.2025 - 20:21

Həkimlər Klinikalar SEO Xidməti

Satışa çıxarılacaq mənzillər 70 binada yerləşir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir sıra mənzilləri satışa çıxaracaq. AYNA.AZ-ın “Trend”ə istinadən verdiyi məlumata görə, 69 tip üzrə 1162 mənzilin satışa çıxarılması nəzərdə tutulub.

Məlumata əsasən, satışa çıxarılacaq mənzillər 70 binada yerləşir. Nazirlik artıq qeyd olunan işlərlə bağlı müvafiq işlərə başlayıb.

Belə ki, ƏƏSMN hazırda satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətini göstərəcək şirkət axtarışındadır.

Nazirlik eyni zamanda, sözügedən xidməti göstərəcək şirkətə 18 624 manat ödəməyə də hazır olduğunu bildirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş