Nazirlik əhaliyə saxtakarlıqla bağlı xəbərdarlıq edib

Xəbərlər

06.01.2021 - 16:31

Təhsil Nazirliyinin loqosundan istifadə edərək, saxka məlumatlar paylaşılır

 

Təhsil Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

 

Xəbərdarlığın mətnində bildirilir ki, son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək, müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir: “Bu isə ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır”.

 

“Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az