AVRO-2020-nin Bakıdakı oyunlarına hazırlıq işləri müzakirə olunub
İyunun 9-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə AVRO-2020-nin Bakda keçiriləcək dörd final oyununun təşkili ilə bağlı videokonfrans formatında müşavirə keçirilib.
Bu barədə AYNA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilib.
