Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verib

Xəbərlər

22.12.2020 - 21:12

Həkimlər Klinikalar SEO Xidməti

Nailə Məmmədova doğum günü münasibətilə məclis təşkil edib

 

Sosial şəbəkələrdə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı video materiallar yayılıb.

 

AYNA-nın məlumatına görə, Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq araşdırma nəticəsində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarına əsasən kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyi halda Nailə Məmmədovanın doğum günü münasibətilə məclis təşkil edərək xüsusi karantin rejimi qaydalarını pozduğu məlum olub. Bununla əlaqədar olaraq, Nailə Məmmədovaya Təhsil nazirinin müvafiq əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş