Naxçıvanda yeni hərbi hissələr yaradılıb

Xəbərlər

09.02.2021 - 12:27

Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib

 

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib. AYNA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.

 

Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

Müəllif: Ayna.az