Naxçıvan və Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutulub

Xəbərlər

06.08.2021 - 11:27

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur

 

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti  məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az