NATO İrana xəbərdarlıq edib

Dünya

19.08.2026 - 21:56

“Hər bir təhdidə cavab verməyə hazırıq”

NATO hər bir təhdidə cavab verməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən NATO rəsmisi CNN-ə açıqlamasında deyib.

NATO rəsmisi bu ilin əvvəlində NATO Hava Hücumundan Müdafiə Sistemlərinin İrandan Türkiyəyə atılan raketləri uğurla zərərsizləşdirdiyini xatırladıb.

O qeyd edib ki, NATO-nun çəkindiriciliyi, müdafiə qüvvələri güclü və effektivdir.

Qeyd edək ki, “Financial Times” qəzetinə danışan iranlı anonim rəsmi ABŞ-ın eskalasiyanı artıracağı təqdirdə, Tehranın Avropada ABŞ hərbi obyektlərini hədəfə alacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş