Narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs olunub

Xəbərlər

18.08.2026 - 17:55

Lənkəranda 116 ədəd narkotik tərkibli kol aşkarlanıb

Lənkəranda 116 ədəd narkotik tərkibli kol aşkarlanıb. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.

Onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş