Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb. AYNA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.
Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.