"Bu, çevrilişdən sonra hərbçilər tərəfindən tətbiq edilmiş internet-senzura rejiminin bir hissəsidir”
Myanmada Vikipediya onlayn ensiklopediyasına giriş bloklanıb.
Bu barədə AYNA “NetBlocks” beynəlxalq qeyri-kommersiya təşkilatına istinadən xəbər verir.
“Təsdiq olundu: Myanma Vikipediya onlayn ensiklopediyasının bütün dillərdəki versiyalarını bloklayıb. Bu, çevrilişdən sonra hərbçilər tərəfindən tətbiq edilmiş internet-senzura rejiminin bir hissəsidir”, - təşkilatın tvitterdəki paylaşımında deyilir.
“NetBlocks”un məlumatına əsasən, Myanmada artıq altı gündür internetin işində problemlər müşahidə olunur.