Myanmada "Twitter" məhdudlaşdırılıb

Dünya

06.02.2021 - 06:56

Şəbəkə məlumatları real vaxtda təxminən saat 22.00-dan etibarən əlaqənin itirildiyini göstərir

 

Myanmada "Twitter" sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb. AYNA bildirir ki, bu barədə “NetBlocks” monitorinq servisinin məlumatında deyilir.

 

“Təsdiqləndi: Myanmada bir çox operatorlarda "Twitter" məhdudlaşdırılıb. Şəbəkə məlumatları real vaxtda təxminən saat 22.00-dan (Bakı vaxtı ilə 19:30) etibarən əlaqənin itirildiyini göstərir”, - servisin məlumatında qeyd olunub.

 

Cümə axşamı günü axşam servis, həmçinin ölkədə "Facebook"la bağlı məhdudiyyətlər barədə xəbərdarlıq etmişdi. Qeyd edilir ki, bu, ölkədə yaranmış vəziyyətlə və hakimiyyətə gələn hərbçilərin tətbiq etdikləri məhdudiyyətlərlə bağlıdır.

Müəllif: Ayna.az