Müqəddəs məkanda seyrəklikdir

Dünya

29.07.2020 - 16:13

Həcc ziyarəti yalnız ölkə daxilindən gələnlər üçün açıqdır

 

Səudiyyə Ərəbistanında zəvvarların Həcc ziyarəti başlayıb. AYNA xarici mətbuata istinadən bildirir ki, koronovirusla mübarizə tədbirləri ilə əlaqədar ziyarət yeni qayda ilə keçirilir.

 

Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, Həcc ziyarəti yalnız ölkə daxilindən gələnlər üçün açıqdır, xaricdən ziyarətçilər qəbul edilməyib. Bu səbəbdən müqəddəs məkanda ənənəvi insan seli görünmür.

Müəllif: Ayna.az