Hərbi qulluqçular şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
AYNA-ya Müdafiə Nazirliyindən verilən məlumaat görə, hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.