Müctəba Xameneyi atasının vida mərasimində iştirak etməyib

Dünya

05.07.2026 - 16:45

Xameneyinin digər oğlanları vida mərasiminə qatılıblar

İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin oğlanları bu il fevralın 28-də ABŞ-İran müharibəsi başlayandan indiyədək ilk dəfə ictimaiyyət arasına çıxıblar.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, keçmiş Ali Rəhbərin oğlanları Mustafa, Məsud və Meysam bazar günü atalarının vida mərasimində iştirak ediblər. Atası həlak olandan sonra İranın yeni Ali Rəhbəri seçilən Müctəba Xameneyi isə vida mərasiminə qatılmayıb.

İran mənbələrinin məlumatına görə, Xameneyi atasının vida mərasimində iştirakda təkid edib, amma Ali Rəhbərin təhlükəsizlik xidməti buna icazə verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş