Müavinət, təqaüd və kompensasiyalar ödənilib

Cəmiyyət

24.09.2021 - 11:03

Ödəniş Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilib

Sentyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ödəniş nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilib.

Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Müəllif: Ayna.az