MSK bu gün şikayətləri müzakirə edəcək

Xəbərlər

13.02.2020 - 10:40

Üç seçki məntəqəsindən hesabat daxil olmayıb

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. AYNA xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə ilə bağlı məsələlər, o cümlədən şikayətlər müzakirə olunacaq.

 

MSK-nın rəsmi məlumatına görə, parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən hesabat daxil olmayıb.

 

MSK-ya 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən hesabat daxil olub. 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi isə MSK-ya hesabat verməyib.

 

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş