Bəxtiyar Həsənov saxlanıldığı miqrantlar üçün müvəqqəti saxlama mərkəzindən hava limanına aparılıb və deportasiya olunub
Moskvadakı Azərbaycan diasporunun lideri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. YNA.AZ-ın APA-ya istinadən məlumatına görə, Həsənov bir müddət saxlanıldığı miqrantlar üçün müvəqqəti saxlama mərkəzindən hava limanına aparılıb və Rusiya Federasiyasından deportasiya edilib.
Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ötən il ləğv edilib. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.