Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir

Dünya

09.07.2020 - 21:51

Sergey Sobyanin: "Son günlər gündəlik yoluxma hallarının sayı 834-dən 670-ə enib"

 

İyulun 13-dən Moskvada məcburi maska geyinmək rejimi ləğv ediləcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin bildirib.

 

O qeyd edib ki, son günlər gündəlik yoluxma hallarının sayı 834-dən 670-ə enib.

 

Aradan qaldırılan məhdudiyyətlər arasında tədris ilinin sentyabrın 1-dən başlaması, uşaq düşərgələri və əyləncə mərkəzlərinin fəaliyyətə başlaması da var. Avqustun 1-dən etibarən Moskvada teatr və kino-teatrların fəaliyyəti bərpa olunacaq.

Müəllif: Ayna.az