Moskvada koronavirus daha 11 nəfərin həyatına son qoyub

Dünya

14.08.2020 - 07:27

Ölkədə 175 978 aktiv koronavirus xəstəsi var 

 

Moskvada sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 633-ə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 907 758, ölənlərin sayı isə 15 384 nəfərdir. Ölkədə 175 978 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş