Moskvada COVID-19 qurbanlarının sayı artıb

Dünya

11.11.2020 - 05:25

Ümumilikdə 481 mindən çox insan koronavirusa yoluxub

 

Moskvada son sutka ərzində daha 73 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 502-yə çatıb.

 

Moskvada ümumilikdə 481 mindən çox insan koronavirusa yoluxub, 346 mindən çox pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş