Moskvada COVID-19 qurbanlarının sayı artıb

Dünya

14.06.2020 - 01:32

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Son sutkada Moskvada koronavirusdan daha 50 nəfər ölüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin Koronavirusla bağlı Operativ Qərargahından bildirilib.

 

Qeyd edilir ki, pandemiya ərzində paytaxtda COVID-19-dan ümumilikdə 3 281 nəfər ölüb.

 

Moskvada bu günə kimi təhlükəli virusa 204 min yoluxma qeydə alınıb. Virusa yoluxmuş təxminən 120 min pasiyent sağalıb.

 

Rusiyada isə COVID-19-a 520 mindən çox yoluxma aşkarlanıb. Bununla yanaşı, 275 min insan virusdan sağalıb, 6 829 min nəfər vəfat edib.

Müəllif: Ayna.az