Moskva Ermənistanı Aİ ilə Aİİ arasında qərar verməyə çağırb

Dünya

11.08.2026 - 15:46

“Əgər referendum çağırışı həmin vaxta qədər qəbul edilməsə...”

Ermənistan 2026-cı ilin dekabr ayına qədər Avropa İttifaqına (Aİ) qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində (AİB) qalmaqla bağlı milli referendum keçirməyə qərar verməlidir. Həmin vaxt İrəvanla bağlı mümkün əlavə addımlar məsələsi AİB dövlət başçılarının görüşündə müzakirə olunacaq.

AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Aydındır ki, əgər referendum çağırışı həmin vaxta qədər qəbul edilməsə, liderlər müvafiq birgə addımları müəyyən edərkən bu faktı nəzərə alacaqlar", - deyə o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş