Moldova Prezidenti hökumətin istefasını tələb edir

Dünya

06.12.2020 - 16:47

Maya Sandu bunun erkən parlament seçkiləri üçün vacib olduğunu hesab edir

 

Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu hökumətin dərhal istefasını tələb edib. AYNA xarici mediaya istinadən bildirir ki, Sandu tələbi Kişinyovda keçirilən aksiya zamanı edib.

 

Prezidentin tərəfdarları hökumət binası qarşısına toplaşaraq, paytaxtın mərkəzi küçəsini bağlayıblar. Sandu hökumətin hökumətin istefasının erkən parlament seçkiləri üçün lazım olduğunu söyləyib.

 

Qeyd edək ki, Moldova Parlamenti Sandunu bəzi səlahiyyətlərindən məhrum edib. Belə ki, deputatlar İnformasiya və Təhlükəsizlik Xidmətinin ölkə parlamentinə yenidən tabe olmasına dair qanun layihəsini son oxunuşda təsdiqləyiblər. Bu qərar parlament müxalifətini qəzəbləndirib. Onlar meydanlara çıxaraq etiraz aksiyası keçirirlər.

 

Xatırladaq ki, Moldovada prezident seçkilərinin ikinci turu 15 noyabrda keçirilib. Seçkinin rəsmi nəticələrinə əsasən, Maya Sandu səslərin 57,75 faizini qazanıb. Onun rəqibi, Prezident İqor Dodon isə 42,25 faiz səslə məğlub olub.

 

Müəllif: Ayna.az