MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

Xəbərlər

19.10.2020 - 12:54

Düşmən Tovuz və Daşkəsəndəki mövqelərimizə iriçaplı silahlardan atəş açır

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.

Müəllif: Ayna.az