MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub

Siyasət

03.11.2020 - 08:56

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş