Xəstələrin oruc tutmasının isə təhlükəli olduğu bildirilib
Misirin rəsmi fətva qurumu Covid-19-un oruc ibadətinə təsir etmədiyinə dair bəyanat yayıb.
AYNA xarici mediya əsasən xəbər verir ki, Misirin rəsmi Darul İfta adlı dini qurumu Ramazan ayının yaxınlaşması ilə bağlı bir çox suallara cavab verib.
Dini qurum tıbb mütəxəssisləri ilə toplantı keçirildikdən sonra ətraflı məlumat veriləcəyini bildirib. Eyni zamanda virusun orucu pozmadığını və oruc tutan insanın immun sisteminin daha güclü olduğunu vurğulayıb.
Xəstələrin oruc tutmasının isə sağlamlıqlarını təhlükəyə sala biləcəyi deyilib.
Həmçinin virusdan ölən həkimlərin və xəstələrin şəhid olduğu bildirilib.