Altı vaqon aşıb, qəzanın səbəbləri araşdırılır
Misirin Kalyubiya əyalətində qatar qəzası baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, qatarın relsdən çıxması nəticəsində azı 97 nəfər yaralanıb. Ölən olmadığı qeyd edilir
Qəzaya uğrayan qatar paytaxt Qahirədən Al-Mansur şəhəri istiqamətinə hərəkət edirmiş. Bu zaman qatar relsdən çıxıb və nəticədə altı vaqon aşıb. Qəzanın səbəbləri araşdırılır.