Misirdə koronavirusdan ölənlərin sayı artdı

Dünya

02.05.2020 - 10:16

Vəfat edənlərin ümumi sayı 406 nəfərə çatıb

 

Misirdə son sutka ərzində koronavirusa 358 nəfər yoluxub. AYNA xarici mediaya istinadən xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi bununla da COVID-19-a yoluxanların sayının 5 min 895-ə çatdığı qeyd edib.

 

Məlumatda mayın 1-də virusundan 14 nəfərin öldüyü açıqlanıb. Vəfat edənlərin ümumi sayı 406 nəfərə çatıb. Həmçinin son sutka ərzində xəstəlikdən 79 nəfər sağalıb.

 

Misirdə indiyədək karantin xəstəxanalarında 1460 xəstə müalicə olunub.

Müəllif: Ayna.az