Misirdə daha 45 nəfər koronavirusun qurbanı olub

Dünya

13.06.2020 - 06:56

Misirdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Misirdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 1 577 nəfərdə koronavirus aşkarlanıb.

 

 AYNA bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib. 

 

Bununla da Misirdə koronavirusa yoluxanların ümumi sayı 41 303-ə yüksəlib.

 

Bundan əlavə, son 24 saat ərzində daha 45 nəfər koronavirusun qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 1 422-yə çatıb.

 

Daha əvvəl Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınmışdı.

Müəllif: Ayna.az