Mingəçevirdə yaşayış binasında yanğın olub

Hadisə

26.07.2021 - 05:19

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az