Mingəçevirdə şənlik mərasimində karantin tələbləri pozulub

Xəbərlər

04.11.2021 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

"Nur” şadlıq sarayının rəhbərliyi  inzibati məsuliyyətə cəlb olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, Mingəçevir şəhərində A.Şaiq küçəsində fiziki şəxs Kərimov İkrəm Balakişi oğluna məxsus "Nur” şadlıq sarayına baxış keçirilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, müəssisədə xidmət göstərən işçilərin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş