Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Xəbərlər

06.11.2021 - 07:19

Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib

Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə gecə saatlarında Bozdağ fərdi yaşayış massivində, 16-cı döngə, ev 14 ünvanında baş verib.

 

1978-ci il təvəllüdlü İnqilab Qara oğlu Yusifzadə, onun arvadı, 1978-ci il təvəllüdlü Azadə Afiq qızı Yusifzadə, həmçinin ailə başçısının anası və iki övladı yaşadığı evdə dəm qazından zəhərlənib. Nənənin və uşaqların durumu ilkin tibbi yardım göstərildikdən sonra normallaşıb. Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az