Yığmamızın ilk rəqibi Gürcüstan seçməsi olacaq
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı “D” qrupunun təqvimi müəyyənləşib.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimiz mübarizəyə yanvarın 22-də start verəcək.
Yığmamızın ilk rəqibi Gürcüstan seçməsi olacaq. Futzalçılarımız yanvarın 26-da İspaniya, üç gün sonra isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcəklər.
Millimizin oyunları Qroningen şəhərində keçiriləcək.