“Milan”nın məğlubiyyətsiz seriyası davam edir

İdman

04.10.2021 - 07:44

Həkimlər Klinikalar SEO Xidməti

"Atalanta" - "Milan" görüşündə 3:2 hesabı ilə qonaqlar qələbə qazanıb

Oktyabrın 3-də futbol üzrə İtaliya A Seriyasının 7-ci turunun mərkəzi qarşılaşması keçirilib.

AYNA xəbər verir ki, Berqamodakı ”Atleti Adzzuri de İtaliya" stadionunda "Atalanta" klubu "Milan"ı qəbul edib. Görüş "Milan"nın 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. Milanlıların heyətində Davide Kalabriya, Sandro Tonalli və Rafael Leao, meydan sahiblərinin heyətində isə Duvan Sapata və Mario Paşaliç fərqləniblər.

Bu nəticədən sonra 19 xalı olan “Milan” ikinci, “Atalanta” isə 11 xalla 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, "Milan" cari mövsüm A Seriyasında məğlub olmayan üç ("Napoli", "İnter") komandadan biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş