Məşhur yutuberə haker hücumu

Dünya

19.01.2020 - 01:09

Həkimlər Klinikalar SEO Xidməti

Məşhur yutuberə Türkiyədən məzəli haker hücumu olub


Ötən gecə YouTube kanalında 12 milyon izləyicisi olan məşhur yutuber Casey Neistatın Spotify hesabına haker hücumu olub.


AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, məsələnin maraqlı tərəfi isə kanalda Türkiyənin məşhur müğənnisi Fərdi Tayfurun mahnılarının meydana çıxması olub.


Türkiyədən olan izləyiciləri böyük məmunluqla paylaşımlar etsə də, çarəsiz qalan Casey əsəb sarsıntısı keçirib.


Məlumatda bildirilir ki, o, Spotify kanalının oğurlanması haqqında özünün “Twitter” hesabında məlumat yayıb və Fərdi Tayfurla bərabər, Müslüm Gursəs, Nadidə Sultan, Əhməd Kaya, Sezen Aksu kimi məşhur Türkiyə sənətkarlarının musiqilərini bəyənmədiyini bildirib.


“Ey, Spotify yardım et. Kimdirsə, mənim hesabımı oğurlayıb. Kanalımda yerləşdirilən musiqiləri heç bəyənmədim, kimdirsə musiqi zövqü  heç yoxdur", - deyə yazan yutuberin bu sözləri izləyicilərin marağına səbəb olub.

Müəllif: Raminə Eyvazqızı

Pin up casino Pin-up casino giriş