Məşhur aktrisa vəfat edib

Xəbərlər

26.07.2020 - 23:32

Oliviya de Hevillend 104 yaşında dünyasını dəyişib

 

104 yaşlı aktrisa Oliviya de Hevillend vəfat edib. AYNA xarici mediaya istinadən bildirir ki, aktrisa Parisdə yerləşən evində dünyasını dəyişib.

 

Aktrisa 1939-cu ildə lentə alınmış “Küləklə sovrulanlar” filmindəki rolu ilə məşhurlaşıb. 1916-cı ildə Tokioda anadan olan aktrisa 18 yaşında peşəkar karyerasına başlayıb. Hevillend iki dəfə “Oskar”, iki dəfə isə “Qızıl qlobus” mükafatına layiq görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş