Mərkəz direktoru iş otağında qətlə yetirilib

Hadisə

08.10.2021 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəni törətməkdə şübhəli bilinən şəxs istintaqa cəlb olunub

Goranboy Rayon Prokurorluğu bu gün rayonda baş verən qətl hadisəsi barədə məlumat yayıb. Prokurorluqdan AYNA-ya bildirilib ki, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş