Məmmədyarov “Aimchess USRapid” turnirində dördüncü pillədədir

İdman

30.08.2021 - 08:11

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan qrossmeysteri yeddinci turda Aronyanla heç-heçə edib

 

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirində daha 5 turun oyunları keçirilib.

 

AYNA xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 6-cı turda Avonder Lianqı (ABŞ) məğlub edib. Yeddinci turda ermənistanlı Levon Aronyanla heç-heçə edən şahmatçımız sonrakı qarşılaşmada niderlandlı Yorden Van Forest üzərində qələbə qazanıb.

 

Ş.Məmmədyarov sonrakı turlarda Maqnus Karlsen və ABŞ təmsilçisi Uesli So ilə qarşılaşmalarını da heç-heçə ilə başa vurub.

 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 10 turun nəticəsinə görə, 6,5 xalla 4-cü pillədədir.

 

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş