Məktəbəhazırlıq qruplarına qeydiyyat bu tarixədək davam edəcək

Xəbərlər

14.09.2020 - 18:56

Valideynlər portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-dək davam edəcək.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) portal vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

 

Xatırladaq ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Müəllif: Ayna.az