"Təcili tibbi yardım briqadası tərəfindən azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb"
Oktyabrın 28-də saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb. AYNA.AZ bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib: "Təcili tibbi yardım briqadası tərəfindən naməlum bir azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".