Meksikada COVID-19-a yoluxanların sayı 71 mini ötüb

Dünya

26.05.2020 - 09:32

Meksikada COVID-19-a ilk yoluxma 28 fevralda aşkarlanıb

 

Meksikada bir gündə koronavirusdan 454 ölüm qeydə alınıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

 

O, qeyd edib ki, COVID-19-a yoluxmaların ümumi sayı 71 100 nəfəri ötüb. 

 

"Yoluxma hallarının ümumi sayı 71 105-ə çatıb, onlardan aktiv hallar 20%-dir - hazırda 14 020 nəfər müalicə edilir", - o deyib.

 

Meksikada COVID-19-a ilk yoluxma 28 fevralda aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün ərzində virusa yoluxma hallarının ümumi sayı 2 485 artıb.

Müəllif: Ayna.az