"Biz ABŞ ilə razılığa gəlməyə çalışırıq və əminəm ki, bu mümkündür"
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ ilə hər iki tərəfin maraqlarını nəzərə alan ticarət razılaşmasının bağlanmasına ümid etdiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Şeynbaum mətbuat konfransında bildirib: "Biz ABŞ ilə razılığa gəlməyə çalışırıq və əminəm ki, bu mümkündür".
Şeynbaum həmçinin vurğulayıb ki, Meksika hakimiyyəti ABŞ və Kanada arasında ticarət əlaqələrinin inkişafını yaxından izləyir.
"Xatırladım ki, alüminium və polada 50 faiz, avtomobillərə isə 25 faiz tarif tətbiq edirik. Bu tariflərin necə azaldılacağını anlamaq üçün bir ildən çoxdur ki, çalışırıq", - Prezident vurğulayıb.
O əlavə edib ki, danışıqlar zamanı ABŞ ticarət razılaşmasının şərtlərinin pozulmasını qeyd edib. Meksika tərəfi bu iddiaların bəzilərini əsassız hesab edir, lakin digərləri ilə razılaşır: "Meksikanın ABŞ-a ixracı, xüsusən də elektronika sahəsində əhəmiyyətli dərəcədə artıb. Onlar bildiriblər ki, trianqulyasiya olmamalıdır. Yəni mallar rüsum ödəmədən Meksika vasitəsilə ABŞ-a daxil olmamalıdır".
Onun sözlərinə görə, ABŞ hələ Tayvan və Çin də daxil olmaqla digər ölkələr üçün elektron məhsullara tarif tətbiq etməyib.
Bu arada, iqtisadiyyat naziri Marselo Ebrard mövcud tariflərin azaldılması üçün Mexiko şəhəri və Vaşinqton arasında razılaşma üzrə danışıqları davam etdirmək üçün ABŞ-dadır.