Mehriban Əliyeva paralimpiyaçıları təbrik edib

Xəbərlər

31.08.2021 - 18:48

Birinci vitse-prezident sosial şəbəkə hesabında paylaşım edib 

 

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib.

 

AYNA-nın məlumatına görə, Mehriban Əliyevanın "İnstagram" hesabında bununla bağlı paylaşımında deyilir:

 

“Bu günədək olan nəticələrə əsasən, Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”

Müəllif: Ayna.az