Mehriban Əliyeva Ömər Eldarovla bağlı paylaşım edib

Mədəniyyət

21.12.2022 - 12:37

Birinci xanım Xalq rəssamının 95 illik yubileyi münasibətilə “Instagram”da paylaşım edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 95 illik yubileyi münasibətilə “Instagram”da paylaşım edib.

AYNA xəbər verir ki, paylaşımda deyilir:

“Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”.

Müəllif: Ayna.az