Poeziya gecəsi 26-27 iyul tarixlərində Səməd Vurğunun ev muzeyində baş tutacaq
Xalq şairi Musa Yaqubun yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçiriləcək.
Bu barədə AYNA-ya aktyor Kamran Yunis məlumat verib. O bildirib ki, poeziya gecəsi “Qrammofon” ədəbi layihə çərçivəsində keçiriləcək.
Xalq şairinin şeirlərini aktyor Kamran Yunis və qiraətçi Xəzər Süleymanlı ifa edəcəklər.
Poeziya gecəsi 26-27 iyul tarixlərində Səməd Vurğunun ev muzeyində baş tutacaq. Giriş biletlədir, biletləri əldə etmək üçün (012) 493-56-52 nömrəsi ilə əlaqə saxlayın.