Şuşada “Turkvision-2021”: Gözləntilər və narahatlıqlar

Mədəniyyət

27.12.2020 - 15:13

“Hər bir azərbaycanlının azadlığını gözlədiyi şəhərdə qonaqları qəbul etməkdən məmnun qalacağıq”

 

Türk dünyasının “Turkvision-2020” mahnı müsabiqəsinin qalibi, Ukraynanın qaqauz mənşəli müğənnisi Natalya Papazoğlu İstanbulda karantin məhdudiyyətləri səbəbiylə onlayn formatda keçirilən yarışma ilə bağlı təəssüratlarını “Anadolu” agentliyi ilə bölüşdü. Xatırladaq ki, Papazoğlu, adı Qaqauziyada “Tikanlı yol” kimi tərcümə olunan bir mahnı səsləndirərək birinci yeri tutmuşdu.

 

Ümumilikdə “Turkvision-2020”-də 26 ölkənin təmsilçiləri  iştirak edib. Azərbaycan bu dəfə yarışmada beşinci yeri tutdu. Natalya Papazoğlu həyəcanlı olduğunu və son günə qədər qələbəsinə inana bilmədiyini söylədi: “Nəticələri ekranda gördüm, amma əvvəlcə nə baş verdiyini dərk etmədim. Eyni zamanda ağladım və sevindim. Hər kəsə xəyallarının ardınca getməyi, təslim olmamağı məsləhət görürəm”.

 

Onun sözlərinə görə, müsabiqənin tarixi yalnız bir həftə əvvəl məlum oldu və demək olar ki, hazırlıq üçün vaxt qalmamışdı. Papazoğlu bu yarışmanın bütün türkləri birləşdirdiyini qeyd etdi: “Keçmişin olmasa, gələcəyin də yoxdur. Köklərinizi tanımaq və unutmamaq vacibdir”.

 

Müğənninin sözlərinə görə, heç Ukraynadakı insanlar da qaqauzların mədəniyyəti ilə kifayət qədər tanış deyillər: “Qaqauz xalqının mədəniyyətini təqdim etmək istəyirəm. Ukrayna və qaqauz mədəniyyətlərini birləşdirmək, qaqauz xalq motivlərini Ukrayna musiqisi ilə birləşdirmək istəyirəm”.

Архивы Turkvision 2020 - laf.md

Və daha Papzaoğlu əlavə etdi: “Dedilər ki, gələn il pandemiya imkan verərsə, yarışma Şuşa şəhərində təşkil ediləcək. İnşallah, 2021-ci ildə də “Turkvision”-da iştirak edəcəyəm”.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov bu barədə düşüncələrini “Facebook” səhifəsində paylaşdı. Natalya Papazoğlunun qələbəsinin onsuz da bilinən həqiqəti sübut etdiyini vurğuladı - Ukrayna çox sayda türk xalqlarının nümayəndəsi üçün Vətəndir və belə də olacaq.

 

“Bundan əlavə, Ukrayna ilə Türkiyə, Azərbaycan və digər türk dövlətləri arasındakı münasibətlərin yalnız ümidverici siyasi, iqtisadi və hərbi deyil, həm də mədəni komponentlərə malik olmasının başqa bir nümunəsini gördük”, - deyən UABD rəhbəri “Turkvision” yarışmasının Türkiyənin musiqi kanalında - TMB TV-də 2013-cü ildən bu yana, Türkiyənin “Eurovision”-a qatılmaqdan imtina etdikdən sonra keçirilən illik bir yarışma olduğunu xatırladı.

Turkvision-2021 состоится в Шуше - ФОТО

“Sonra Ankara səsvermə protokolundakı dəyişikliklərin və “Eurovision” prosesinin özünün siyasiləşdirildiyini söylədi. Bu, doğrudur. “Eurosonq”da açıq şəkildə siyasiləşmiş bir səsvermənin dəfələrlə şahidi olmuşuq. Üstəlik, bu yarışmanı uzun müddət cinsi azlıqların nümayəndələrinin qeyri-rəsmi illik festivalı adlandırırlar. Bütün bu məqamlar artıq “Eurovision”ın nüfuzunun kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardı. Və “Turkvision”, zaman keçdikcə populyarlıq və nüfuz baxımından onu keçə biləcək rəqabətli bir platformaya çevrilir. Onda həm iştirak, həm də qələbə daha şərəfli olacaq”, - deyə H.Cavadov qeyd etdi.

 

Diaspor rəhbəri “Turkvision-2021”-in, 28 ildən sonra erməni işğalından azad edilmiş gözəl Şuşada olacağını vurğuladı: “Bura Azərbaycan musiqisinin və mədəniyyətinin beşiyidir. Bura dahilərin - Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın vətənidir. Bura Qafqazın Konservatoriyasıdır. Qardaş Ukrayna da daxil olmaqla, dünyanın hər yerindən, yaşayış yerindən asılı olmayaraq hər bir azərbaycanlının azadlığını gözlədiyi şəhərdə, Vətənimizdə qonaqlar qəbul etməkdən məmnun qalacağıq”.

 

Məşhur bəstəkar Cavanşir Quliyev də bu  məsələyə münasibət bildirdi. Dedi ki, “Turkvision-2020”-nin qalibinin qaqauz mənşəli bir ukraynalı müğənni olması yaxşı haldır: “Türk dövlətləri öz ölkələrinin nümayəndələrini irəli itələməyə çalışmadı, bu da müsabiqənin gələcəyinə nikbinlik aşılayır. Düşünürəm ki, hər kəs bu yarışmanı bir siyasi səsverməsi ilə bir çox musiqi pərəstişkarını ondan uzaqlaşdıran “Eurovision”-a çevirməməyə çalışmalıdır. Düşünürəm ki, “Turkvision” fərqli, bəzən kiçik, türkdilli ölkələrin istedadlı ifaçılarının və bəstəkarlarının meydana çıxmasına kömək edərək dürüst bir rəqabət meydanı olmalıdır. Müsabiqə Türk dünyasının musiqi gerçəkliyinin bir güzgüsü olmalıdır, eyni zamanda türk əyləncə musiqisini dünyaya tanıtmalıdır”.

 

“Gələn il müsabiqə onlayn keçiriləcəksə, bəlkə də, münsiflər heyəti Şuşada toplana bilər. Ümumiyyətlə, hesab edirəm ki, buna hazırlıqsız, işğaldan təzəcə azad edilmiş, dağıntıların çox olduğu Şuşada bir yarışma keçirməyə tələsməyə ehtiyac yox idi. Nəticə etibarilə, müsabiqə bu cür tədbirlər üçün qəbul edilmiş ənənəvi formatda keçirilsə, logistika ilə bağlı çox problemlər olacaq. Bakıda da keçirilə bilərdi. Bu, Vətən müharibəsindəki qələbəyə görə Azərbaycanın paytaxtına verilən bir mükafat olardı. Ancaq növbəti dəfə, məsələn, bir ildən sonra “Turkvision-2022”-ni Şuşada keçirmək mümkün olardı”, - deyə Quliyev fikrini yekunlaşdırdı.

Müəllif: Əkbər Həsənov